AZ

"Amal Group" işçi axtarır - MAAŞ 800-1000 MANAT - VAKANSİYA

Amal Group

Sənədlərə nəzarət üzrə mütəxəssis / Document Controller

Son tarix 19 okt 2024 - [email protected]

Vəzifə öhdəlikləri:

  • Müəssisədə sənədlərin düzgün idarə edilməsinin təşkil edərək daxil olan sənədləri qəbul etmək, qeydə almaq və aidiyyatı üzrə bölüşdürmək;
  • Sənədlərin uyğunluğunun yoxlanılması, sənədləri elektron qovluqlarda (serverdə) düzgün şəkildə yerləşdirilməsi və qovluqların vahid struktur-sistem formasında təşkilinə nəzarət edilməsi. Müəssisəyə məxsus bütün növ sənədlərinin yeri və əhəmiyyətinə, onların təsnifatına və şərtlərinin tələblərinə, eyni zamanda müəssisədə tətbiq olunun prosedur qaydalara uyğun şəkildə sənədlərlə işin aparılmasının, istifadə olunmasının və saxlanmasının təşkili və nəzarəti;
  • Elektron sənəd dövriyyəsi sisteminin effektiv istifadəsini təşkil etmək və onun təkmilləşdirilməsi üzrə təkliflər vermək; Sifarişçi ilə Podratçı şirkət arasında sistemli olaraq sənəd mübadiləsinin yerinə yetirilməsi və nəzarət olunması;
  • Sifarişçi ilə mütəmadi ünsiyyət təşkil edərək Sənədlərin Sifarişçinin keyfiyyət və prosedur tələblərinə uyğun olaraq hazırlanmasını razılaşdırmaq və təmin etmək; - Layihələr çərçivəsində keçirilən iclasların əlaqələndirilməsi, iclaslarda iştirak etmək, iclas (toplantı) protokollarının tərtibatı, razılaşdırılması və yayımlanması;
  • Bütün sənəd və məlumatların qeydiyyat sisteminə daxil edilməsi, onların dəqiq və mövcud tarixə uyğun şəkildə sıralanmasının təmin edilməsi, dövriyyədə olan sənədlər barədə məlumatların müvafiq qaydada ötürülməsi və qəbul edilməsi;
  • Sifarişçi və subpodratçılar daxil olmaqla bütün müvafiq tərəflərdən sənəd axınının qeydiyyatını və nəzarətinin təşkili;
  • Sənəd dövriyyəsinin uçot-nəzarət işini təşkil etməklə sənədlərin dövriyyəsinə və icra müddətinə nəzarət etmək, gecikmə halları barədə rəhbərliyi məlumatlandırmaq;
  • Sənədlərin təhlükəsizliyinin təmin olunması üçün ehtiyat nüsxələrinin saxlanması və arxivləşdirmə;
  • Müəssisədə tətbiq olunan proqram təminatında sənəd dövriyyəsindən və məlumatların qeydiyyatından irəli gələn işlərin, sənədlərin, məlumatların proqrama daxil edilməsi, izlənilməsi

Müraciət qaydası

  • İş yeri: “AMAL GROUP”MMC
  • Ünvan: Cəfər Cəbbarlı küçəsi 44, Caspian Plaza 2-ci korpus

İş qrafiki:

  • 5 günlük iş qrafiki
  • İş yerinin ünvanı: Bakı
  • Yaş həddi: 25-45
  • Əmək haqqı: 800-1000(təhsil, iş stajı və iş bacarığı nəzərə alınmaqla qarşılıqlı razılaşma əsasında müəyyən olunur.)
  • İş stajı: Minimum 1 il iş stajı

Göstərilən tələblərə cavab verən namizədlərdən Azərbaycan dilində tərtib edilmiş CV-lərini mövzu (subject) hissəsinə “Sənədlərə nəzarət üzrə mütəxəssis(Document Controller)” adını qeyd edərək e-mail ünvanına göndərmələri xahiş olunur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
fed.az

1Mənbələr