AZ

İvan Rakitiç: "Futbolun gələcəyi Səudiyyə Ərəbistanındadır"

"Barselona"nın sabiq futbolçusu İvan Rakitiç Səudiyyə Ərəbistanı çempionatı barədə danışıb. Sport24.az xariuci mətbuata istinadən xəbər verir ki, xorvatiyalı futbolçu Səudiyyə Ərəbistanında keçirdiyi vaxtdan razı qaldığını bildirib:
 
"Səudiyyə Ərəbistanında keçirdiyim vaxtdan məmnunam. Əminəm ki, futbolun gələcəyi Səudiyyə Ərəbistanındadır. Onların çempionatı Premyer Liqa, La Liqa və ya Bundesliqa səviyyəsinə çatmasa da, artıq ilk addımlar atılıb".
 
Rakitiç 2024-cü ilin yanvar-iyul aylarında Səudiyyə Ərəbistanının "Əl-Şəbab" klubunda çıxış edib.
 
Qeyd edək ki, 36 yaşlı futbolçu hazırda Xorvatiya təmsilçisi "Hayduk"un şərəfini qoruyur. 

Seçilən
17
1
sport24.az

2Mənbələr