AZ

Dollara tələbat artacaq – Mərkəzi Bank bazara müdaxilə edə bilər

Dollara tələbat artacaq – Mərkəzi Bank bazara müdaxilə edə bilər




Azərbaycan Mərkəzi Bankı yaxın aylarda valyuta bazarına satışyönlü müdaxiləni istisna etmir.“Carı ilin 8 ayında dövlətin birbaşa valyuta xərclərinin (o cümlədən xarici dövlət borcuna xidmət) artımı, eləcə də ölkədə fəaliyyət göstərən müəssisələr tərəfindən ticarət kreditləri üzrə öhdəliklərin azaldılması ilə bağlı artan valyuta tələbi Azərbaycan Mərkəzi Bankının təşkil etdiyi valyuta hərraclarında tam təmin edilib”, - Mərkəzi Bankın məlumatında deyilir.“İlin qalan hissəsində dövlətin artan xərclərinin birbaşa xarici valyutada (COP29 və digər dövlət xərcləri) həyata keçirilməsinin dəstəklənməsi məqsədilə valyuta satışları ilə intervensiyalar istisna edilmir”, - bankdan bildiriblər.İqtisadçı ekspert Natiq Cəfərli “Turan”-a bildirib ki, Mərkəzi Bankın bəyanatında yeni bir şey yoxdur. Onun sözlərinə görə, Mərkəzi Bank bundan öncəki qərarlarında da bildirib ki, lazım gələcəksə belə bir valyuta intervensiyaları (tənzimləmək) edə bilər.“Əslində bu, ondan xəbər verir ki, manatın məzənnəsini sabit saxlamaqdan ötrü bu günə qədər Mərkəzi Bank hələlik böyük həcmdə pul xərcləmirdi. Neft Fondundan ayrılan vəsait hesabına manatın məzənnəsini sabit saxlamaq mümkün idi. Zatən Neft Fondundan ayrılan vəsait manata çevrilib dövlət büdccəsinə köçürülür, dollar şəklində köçürülmür. Bu, kifayət edirdi.Bu açıqlama onu deməyə əsas verir ki, ola bilər ki, Neft Fondundan ayrılan vəsaitin, dolların manata çevrilməsi məzənnəni sabit saxlamağa yetərli olmasın. Ola bilər ki, Mərkəzi Bank öz ehtiyyatlarından da zaman-zaman müəyyən həcmdə valyutanı banklara sataraq valyutaya olan tələbatı ödəmək məcburiyyətində qalsın. Əslində açıqlama budur“, - o deyib.Məzənnəyə gəlincə, Natiq Cəfərli deyib ki, bu məzənnə məsələsi Azərbaycanda iqtisadi məsələ yox, inzibatı qərardır.“Qərar belədir ki, az qala 8-9 ildir ki, sabit məzənnə rejimidir. Nə vaxt qərar dəyişəcəksə bu, inzibati qərarla dəyişəcək. İqtisadçı olaraq bunu hesablayıb demək çətindir. Çünki bizdə iqtisadi kateqoriyalar məzənnəyə təsir etmir”, - ekspert əlavə edib.




Xəbərin oxunma sayı :
88

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
3
azfakt.com

4Mənbələr