AZ

“Bu sərəncam ərazi bütövlüyümüzün, suverenliyimizin təsdiqidir”

“Prezident İlham Əliyev tərəfindən imzalanan “Azərbaycan Respublikası Dövlət Suverenliyi Günü”nün təsis edilməsi haqqında Sərəncam ərazi bütövlüyümüzün və suverenliyimizin tarixi gün kimi əbədiləşdirilməsinin təsdiqidir”.
Bu sözləri Musavat.com-a açıqlamasında “Səs” qəzetinin Baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.
Onun sözlərinə görə Ermənistan işğalçılıq və etnik təmizləmə siyasəti nəticəsində Azərbaycanın günahsız insanlarını qətlə yetib, tarixi memarlıq nümunələrini məhv edib, yaşayış binalarını, ərazilərinin dağıdıb, dünya birliyi isə Ermənistanın bu cür vandalizm aktlarını həyata keçirməsinə seyrçi kimi yanaşıb:
“Bu ədalətsiz yanaşmanın kökündə isə xristian təəssübkeşliyi və ikili standartlar dayanırdı. 30 il öz haqqını, pozulmuş hüquqlarını tələb edən Azərbaycan sonda 44 günlük Vətən Müharibəsi ilə ədaləti bərpa etdi, və illərlə masa üstündə qalan, təmin olunmayan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinə nail oldu. 2020-ci ildə Ordumuz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyünü bərpa etdi və müqəddəs Qarabağımız işğaldan azad olundu. 44 günə təslimçilik aktı imzaladılar. Müharibənin ilkin fazasında ermənilər aldıqları dərsdən nəticə çıxarmaq əvəzinə öz mənfur, xəyanətkar əməllərindən əl çəkmədilər. Vaxtaşırı olaraq separatçıların cəmləşdikləri Xankəndi istiqamətindən Şanlı ordumuza qarşı təxribatlar həyata keçirdilər. Dəfələrlə ermənilərə xəbərdarlıq edilsə də buna məhəl qoyulmadı. Bu da Qəhrəman Azərbaycan ordusunun Qarabağdakı erməni terrorçularının zərərsizləşdirilməsi üçün antiterror əməliyyatlar keçirməyə sövq etdi. Beləliklə 2023-cü ilin 19 sentyabrında əməliyyatlar başladı və 23 saat 44 dəqiqə çəkən antiterror əməliyyatları ordumuzun şanlı Qələbəsi ilə başa çatdı. Separatçılar ağ bayraq qaldırıb təslim oldular”.

Bəhruz Quliyev
B.Quliyev qeyd edib ki, Qarabağda həyata keçirilən antiterror əməliyyatları dünya hərb tarixinin mükəmməl örnəyi olmaqla yanaşı, suverenliyimizin bərpası, həm də erməni işğalına qarşı mübarizənin nidası oldu.
“Eyni zamanda, bu qələbə tarixləri Xalqla Liderin birliyi, həmrəyliyi və gücünün göstəricisi kimi tarixə yazıldı. Belə bir qürurverici qəhrəmanlıq salnaməsinin tarixi gün kimi qeyd olunması isə həm bayram, həm də gələcək nəsillərə bir töhfədir”deyə B.Quliyev bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
1
arantv.az

2Mənbələr