AZ

Hakan Fidan: "Türkiyə BRİCS-i alternativ iqtisadi platforma hesab edir"

"Türkiyə BRİCS-ə alternativ iqtisadi platforma kimi baxır".
 
Moderator.az valyuta.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Türkiyənin Anadolu dövlət agentliyinə müsahibəsində deyib. 
 
"Biz BRİCS-ə alternativ iqtisadi platforma kimi baxırıq. Aİ ilə iqtisadi inteqrasiyamız uğurlu olsaydı, bəlkə də bir çox məsələlərdə bu qədər gərgin axtarışda olmazdıq", deyə Hakan Fidan bildirib.
 
Qeyd edək ki, Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bundan əvvəl Türkiyənin BRİCS-ə tam üzv olmaq üçün müraciət etdiyini, ona baxılacağını bildirmişdi. Onun sözlərinə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 22-24-də Kazanda keçiriləcək BRİCS sammitinə dəvəti qəbul edib.
 
Həmçinin Azərbaycan da BRİCS-ə üzvlüklə bağlı müraciət edib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
1
moderator.az

2Mənbələr