AZ

COVID-19 Azərbaycanda uşaq ölümlərinin çoxalmasına səbəb olub - AÇIQLAMA VİDEO

Son bir ildə ölkədə 2 min 39 uşaq dünyasını dəyişib.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən 1 yaşınadək uşaq ölümünün 1317 nəfəri şəhər, 722-si isə kənd yerlərində olub.

Xezerxber.az-ın xəbərinə görə, tibb elmləri doktoru, professor Adil Qeybulla bildirir ki, ölüm hallarına təsir edən əsas amillərdən biri COVID-19 pandemiyası və onun nəticələridir. O cümlədən körpələrin immun sistemi zəif olduğundan onlar bakterial və viral infeksiyalara qarşı daha həssasdırlar.

Körpələrin düzgün qidalanmaması onların inkişafında problemlərə və bəzən ölüm hallarına səbəb ola bilər.

Bəzən valideynlərin vaxtında həkimə müraciət etməməsinin də uşaq ölümlərinə səbəb olduğu bildirlir. Bu ilin son 6 ayının ümumi statistikasına  gəldikdə isə  ən çox uşaq ölümü qeydə alınan  ölkələrə Türkmənistan başçılıq edir. Bu ölkədə doğulan hər 1000 uşaqdan 41,4-ü ölür. İkinci yerdə Tacikistan gəlir. Bu ölkədə isə 1000 uşaqdan 31,4-ü vaxtsız dünyaşını dəyişir. Bu sahədə ən uğurlu nəticə Estoniyaya məxsusdur- hər 1000 uşaqdan cəmisi 2-si tələf olur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
xezerxeber.az

1Mənbələr