AZ

Avropa Birliyi Apple-dan iOS və iPadOS-in açıq əməliyyat sistemi olmalarını tələb edir

     Avropa Birliyi öz səyləri sayəsində Apple şirkətini iOS platformasını kənar tətbiq mağazaları üçün açıq etməyə artıq məcbur edib. Lakin gələcəkdə iOS istifadəçiləri daha çox azadlığa sahib ola bilərlər. Belə ki, Bloomberg saytının vermiş olduğu məlumata əsasən Avropa Birliyi, Apple şirkətinə xəbərdarlıq edib ki, o özünün iOS və iPadOS sistemlərini rəqəmsal bazarlar üzrə qanuna uyğun olaraq rəqib texnologiyalar üçün açmalıdır.     Əks halda şirkət cərimələnəcək. Onun bu tələbi yerinə yetirməsinə 6 ay vaxt verilib. Yəni Avropa Birliyi faktiki olaraq iOS və iPadOS-in tamamilə açıq əməliyyat sisteminə çevrilməsini tələb edir. Avropa Birliyinin tələbinə əsasən Apple kənar tərtibatçılar üçün iPhone-nun vacib funksiyalarını açıq etməlidir. Avropa Birliyinin əsas məqsədlərindən biri Android-də olduğu kimi iOS-in müxtəlif cihazlara quraşdırılması imkanı ola bilər.

Seçilən
49
technote.az

1Mənbələr