AZ

ABŞ-ın 25 ştatında COVID-19 virusunun yeni ştamı yayılıb

COVID-19 virusunun dünyada yayılmağa başlayan XEC adlı yeni variantı artıq ABŞ ştatlarının yarısında qeydə alınıb.

“İki sahil” xəbər verir ki, 25 ştatda ştamın xarakterik mutasiyaları ilə ən azı bir yoluxma hadisəsi baş verib. Bəzi ştatlarda yoluxma 15-ə kimi yüksəlib. Tibb mütəxəssisləri daha əvvəl yayılmış ştamlardan fərqli olaraq bu variantla bağlı hələ ki, ciddi narahatlıq ifadə etməyiblər.

Xəstəliklərə nəzarət və qarşısının alınması mərkəzləri virusun yanvarın ortalarında pik həddə çatacağını proqnozlaşdırıblar. (AZƏRTAC)

Seçilən
4
8
ikisahil.az

10Mənbələr