AZ

Gürcüstan parlamentinin sədri ABŞ-ın sanksiyalarını bu ölkəyə hücumla müqayisə edib

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ABŞ-ın sanksiyalarını ölkəyə hücumla müqayisə edib.

Bu barədə Sputnik Gürcüstan yazır.

Onun sözlərinə görə, Gürcüstanla ABŞ arasında münasibətlərin bərpası üçün Tbilisiyə qarşı “yalan ittihamlara” son qoyulmalıdır. Papuaşvili vurğulayıb ki, bu cür ittihamlar arasında digərləri ilə yanaşı, polis əməkdaşlarına qarşı da sanksiyalar var.

“İstənilən ölkədə polis məmuru dövlətin və onun nümayəndəsinin simasıdır. Ona görə də polis əməkdaşına edilən istənilən hücum dövlətə hücumdur”.

Bundan əlavə, o, ABŞ-ın Gürcüstanda etirazçıların tərəfini tutmasını ədalətsizlik adlandırıb.

Bundan əvvəl ABŞ-ın Tbilisidəki səfiri Robin Duniqan bildirib ki, ölkələr arasında münasibətlərə baxmayaraq, ABŞ Gürcüstanı dəstəkləyəcək.

Mənbə Sputnik

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
dogru.az

1Mənbələr