AZ

UEFA Mehdi Cənnətovun qurtarışının videosunu paylaşdı - VİDEO

UEFA rəsmi Feysbuk səhifəsində Azərbaycan millisinin qapıçısı Mehdi Cənnətovun Slovakiya ilə oyundakı qurtaşınının videosunu paylaşıb.

Bizim.Media xəbər verir ki, epizod Azərbaycan millisinin Millətlər Liqasının 2-ci turunun səfərdə keçirilən görüşündəndir.

Millimiz sözügedən oyunda 0:2 hesabı ilə uduzsa da, Cənnətov bir neçə dəfə komandasını real qoldan xilas edib.

Mehdi Cənnətov hazırda Millətlər Liqasında ən çox qurtarış edən iki qapıçıdan biridir. 32 yaşlı qolkiper ilk iki qarşılaşmada 12 seyv edib. Estoniya millisinin qapıçısı Karl Yakob Heyn də eyni sayda qurtarışla yadda qalıb.


Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
2
bizim.media

3Mənbələr