AZ

Nikol Paşinyan almaniyalı deputatla Azərbaycanla bağlanacaq sülh müqaviləsini müzakirə etdi

Ermənistanın baş naziri Nikol Paşinyan Almaniya Bundestaqının Xarici Əlaqələr Komitəsinin sədri Mixael Rotu qəbul edib.

KONKRET.az xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.

Görüşdə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi, iki ölkə sərhədlərinin delimitasiyası prosesi müzakirə edilib. O cümlədən Ermənistan hökumətinin regional nəqliyyat marşrutlarının açılmasına yönəlmiş “Sülh kəsişməsi” layihəsinə də toxunulub.

Həmçinin regional və beynəlxalq əhəmiyyət kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

İlkanə Şəvəqqət,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
konkret.az

1Mənbələr