AZ

Livan peycer və ratsiya ilə uçuşlara qadağa qoyub

Livan hökuməti Beyrut hava limanından uçuşlarda ratsiya və peycerlərin daşınmasını qadağan edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə "CNA" məlumat yayıb.

Livanın mülki aviasiya müdirliyi Beyrutdan fəaliyyət göstərən aviaşirkətlərdən sərnişinlərə ratsiya və peycerlərin növbəti xəbərdarlığa qədər qadağan edildiyini bildirmələrini xahiş edib.

Qeyd edək ki, ötən iki gün ərzində Hizbullah üzvlərinin istifadə etdiyi peycer və ratsiyaların partlaması nəticəsində azı 37 nəfər ölüb, 3000-dən çox insan yaralanıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
8
milli.az

9Mənbələr