AZ

İsrail ordusu ölkənin şimalında iki hərbçinin öldüyünü bildirib

İsrailin şimalında baş verən döyüşdə iki İsrail əsgəri ölüb.

Bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, “Qolani” briqadasında xidmət edən 20 yaşlı çavuş Tomer Keren və 300-cü briqadanın batalyonlarından birində bölüyə komandirlik edən 43 yaşlı ehtiyatda olan mayor Nael Fuarsi İsrailin şimalında gedən döyüşdə həyatlarını itiriblər.

Eyni zamanda, mətbuat xidməti qeyd edib ki, çavuş Kerenin ölümü ilə nəticələnən insident zamanı onun rəhbərlik etdiyi bölmənin daha bir əsgəri ağır yaralanıb və xəstəxanaya təxliyə edilib./Cebheinfo.az/

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
3
turkustan.az

4Mənbələr