AZ

Harris və Tramp Zelenski ilə görüşə bilər - Bu tarixdən sonra...

ABŞ-nin qarşıdan gələn prezident seçkilərində Demokratlar Partiyasının namizədi, ABŞ-nin hazırkı vitse-prezidenti Kamala Harris Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşmək niyyətindədir.
 

Sfera.az xəbər verir ki, bu barədə “Bloomberg” nəşri məlumat yayıb. Nəşrin məlumatına görə, görüş Vaşinqtonda baş tutacaq. Harris bu addımı ilə seçkiqabağı xarici siyasi platformasını genişləndirməyə çalışacaq.


Gözlənilir ki, Vaşinqtonda Zelenskinin Ukraynanın Aİ və NATO-ya üzv olmasına, iqtisadi və təhlükəsizlik sahəsində sazişlər imzalanmasına, həmçinin özünün “qələbə planı” çərçivəsində Amerika silahlarının fasiləsiz tədarükünü təmin etməyə çalışacağı gözlənilir. ABŞ-nin keçmiş prezidenti, Respublikaçılar Partiyasının namizədi Donald Trampın Zelenski ilə görüşmək niyyətində olduğu da məlum olub. Tramp və Zelenski arasında baş tutacaq görüşün təfərrüatları barədə isə məlumat verilmir.
 

ABŞ-də növbəti prezident seçkiləri 2024-cü il noyabrın 5-nə təyin edilib. Seçki ölkə tarixində 60-cı prezident seçkiləri olacaq və bu seçkidə ABŞ-nin 47-ci prezidenti seçiləcək.



Əzizə

Sfera.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
sfera.az

1Mənbələr