AZ

Budapeştdə Dunay çayı daşıb: Yaşayış məntəqələrinin ətrafla əlaqəsi kəsilib

Macarıstanın paytaxtı Budapeştdə Dunay çayının daşması şəhərin küçələrini su basmasına səbəb olub.
 

Sfera.az xəbər verir ki, daşqın nəticəsində Macarıstanda bəzi yaşayış məntəqələrinin ətrafla əlaqəsi kəsilib, elektrik və qazın kəsilməsi mümkündür.
 

Baş naziri Viktor Orbana qeyd edib ki, sentyabrın 21-i axşam saatlarında ölkənin paytaxtında daşqının pik həddə çatacağı gözlənilir. Onun sözlərinə görə, vəziyyətin ciddiliyinə baxmayaraq, Macarıstan hakimiyyətinin daşqınla mübarizə üçün kifayət qədər resursları var.
 

Bununla belə, KİV bütövlükdə ölkədə vəziyyətin kritik olduğunu yazır – bir çox yerlərdə yollar su altında qalıb, bəzi yaşayış məntəqələrinin xarici aləmlə əlaqəsi kəsilib. Elektrik və qazda mümkün fasilələr gözlənilir, bir neçə bərənin də fəaliyyəti dayandırılıb. Milli Su Təsərrüfatı Baş İdarəsinin məlumatına görə, sentyabrın 18-i axşam saatlarında paytaxtda suyun səviyyəsi 732 santimetrə çatıb.


Ümumilikdə suyun 846 santimetr qalxacağı gözlənilir. Bu, 2013-cü ildəki əvvəlki rekorddan elə də az deyil. Qeyd edək ki, həmin vaxt Dunay 891 santimetr daşıb.
 

Qeyd edək ki, bir sıra Avropa ölkələrində daşqınlara İtaliyanın şimalından hərəkət edən “Boris” siklonu səbəb olub. Xüsusilə Rumıniya, Çexiya, Polşa, Avstriya, Macarıstan, Slovakiya, Almaniya və Moldovanı əhatə edib. Daşqınlar nəticəsində azı 23 nəfər ölüb, minlərlə insan təxliyə edilib. Sinoptiklərin proqnozlarına görə, bu il yağıntı 1997-ci ildəki böyük daşqından daha çox olub. Hava şəraitinin pisləşməsi nəticəsində bir sıra reyslər təxirə salınıb.


Aynil
Sfera.az

Seçilən
30
1
sfera.az

2Mənbələr