ABŞ-nin Alabama ştatında 70 yaşlı xəstə Floridada cərrahiyyə əməliyyatı zamanı dalağı yerinə təsadüfən qaraciyəri çıxarıldıqdan sonra dünyasını dəyişib.Medicina.az xəbər verir ki, tibb aləmində belə səhvlər təəssüf ki, tez-tez baş verir.Bu hadisələr səhv orqan və ya bədən hissəsi üzərində əməliyyatdan tutmuş səhv protez taxmağa və ya xəstənin içində cərrahi alətləri unutmaya qədər dəyişə bilər.2022-ci ildə ABŞ-də 1440, 2023-cü ildə isə 1411 bu cür hadisələr baş verib.Bu hadisələrin 18 faizi xəstənin ölümü ilə nəticələnsə də, 8 faizi daimi zədə və ya funksiyanın itirilməsi ilə nəticələnib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta