AZ

"Real"ın istədiyi futbolçuya 150 milyon avro dəyər qoyuldu

"Real" 21 yaşlı "Bayer"in hücumameyilli yarımmüdafiəçisi Florian Virtzi transfer etmək üçün əsas namizəddir. Matc.az xəbər verir ki, bu barədə məlumatı "Sport Bild" paylaşıb. Bildirilir ki, Leverkuzen klubu futbolçunu 150 milyon avro dəyərində qiymətləndirir. Virtzi transfer etmək üçün Madrid klubundan başqa, "Mançester Siti" və "Bavariya" da mübarizə aparır. Qeyd edək ki, 21 yaşlı yarımmüdafiəçi cari mövsüm bütün yarışlarda 5 matçda iştirak edib, 3 qol vurub və 1 məhsuldar ötürmə edib. Virtzin klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun bazar dəyəri 130 milyon avrodur.  

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
matc.az

1Mənbələr