AZ

Terminalla kredit ödənişinə 1% komissiya tutulur? – AÇIQLAMA

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, bu aydan MilliÖn və E-manat terminalları ilə kredit ödənişlərinə 1% komissiya tətbiq edilir.

KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı E-manat şirkətindən bildiriblər ki, şirkət müştəriyə 1% komissiya tətbiq etmir.

“Bu komissiyalar banklar tərəfindən tətbiq edilir. Komissiya standart olaraq 1% deyil, fərqli ola bilər. Bu məlumatlar terminalın interfeysində (terminalın birinci səhifəsində) yer alıb. Orada da bank komissiyasının məbləği göstərilir. E-manat müştərinin kredit ödənişinə birbaşa olaraq hər hansı komissiya tətbiq etmir”, – şirkətdən bildiriblər.
MilliÖn-dən isə agentliyə bildirilib ki, şirkət müştəriyə komissiya tətbiq etmir.

“Komissiya banklar tərəfindən tətbiq edilir”, – deyə şirkətdən məlumat verilib.

Seçilən
39
12
konkret.az

10Mənbələr