AZ

“Hizbullah” lideri İsraili bütün qırmızı xətləri aşmaqda ittiham edib

İsrail Beyrut və Livanın digər ərazilərində mülki rabitə vasitələrini partlatmaqla Livanın müxtəlif ərazilərində kütləvi qırğın törətməyi planlaşdırırdı.Elchi.az  xəbər verir ki, bunu “Hizbullah” hərəkatının lideri Həsən Nəsrullah “Al Manar” telekanalının yayımladığı telemüraciətində deyib.O bildirib ki, 1-2 dəqiqə ərzində 5 min insan ölə bilərdi. “Bunu İsrailin bütün qırmızı xətləri aşması kimi qiymətləndiririk”, – “Hizbullah” lideri söyləyibXatırladaq ki, sentyabrın 17-də Livanın bir sıra bölgələrində “Hizbullah” döyüşçülərinin istifadə etdiyi elektron rabitə vasitələrinin partlaması nəticəsində ardıcıl partlayışlar baş verib, nəticədə 4 mindən çox insan yaralanıb, 11 nəfər ölüb. Sentyabrın 18-də ölkədə təkrar partlayışlar olub, 460-dan çox insan yaralanıb, 20 nəfər ölüb.Havar Şəfiyeva

Seçilən
29
50
elchi.az

10Mənbələr