AZ

BMT komitəsi Ermənistanla bağlı bəyanat yaydı

BMT-nin Uşaq Hüquqları üzrə Komitəsi Ermənistanda məktəbə cəlb olunma və davamiyyət göstəricilərinin pisləşməsindən narahatdır.

Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bu barədə BMT komitəsinin ekspertlərinin yaydığı bəyanatda deyilir.

“Komitə məktəbə cəlb olunma və xüsusən də yuxarı siniflərdə davamiyyət göstəricilərinin pisləşməsi, eləcə də minimum mütaliə vərdişinin olmaması kimi təhsil nəticələrinin aşağı səviyyəsindən ciddi şəkildə narahatdır”, - bəyanatda qeyd olunub.

Bəyanata əsasən, BMT komitəsi Ermənistanı bütün qız və oğlanların ədalətli, keyfiyyətli ibtidai və orta təhsil almasını təmin etməyə çağırır.


Müəllif: Teleqraf.com
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
1
teleqraf.com

2Mənbələr