AZ

Azərbaycan millisi Çexiyaya uduzdu

Azərbaycan millisi bu gün Çexiya yığması ilə yoldaşlıq oyunu keçirib. 

Fanat.Az xəbər verir ki, Zlin şəhərində baş tutan ilk matçda meydan sahibi qələbə qazanıb. 

Birinci hissədə 2 cavabsız top vuran rəqib ikinci hissədə hesabdakı üstünlüyünü qorudu. Komandamız isə fasiləyə qədər azı 3 epizodda rəqib torunu silkələyə bilərdi. 
Yeri gəlmişkən, bu matçda millizin heyətində 3 futzalçı - Fərid Abbasov, Mirzə Əmirov və Eldar Zeynalov debüt edib. 

Bu komandalar arasında növbəti oyun sabah – sentyabrın 20-də, Bakı vaxtı ilə saat 21:00-da keçiriləcək.

Beynəlxalq yoldaşlıq oyunu
19 sentyabr

Çexiya – Azərbaycan 3:0 (2:0) 

Çexiya: 1. Miçal Hula (q), 5. Pavel Drozd, 9. Tomaş Koudelka, 10. Miçal Seidler, 11. David Drozd, 12. Adam Vondraçek (q), 2. Duşan Kunstner, 3. Matej Maur, 4. Radim Zaruba, 6. Tomaş Kuçta, 8. Filip Havrda, 13. Miçal Holy, 14. Dominik Balog, 18. Adam Knobloç
Baş məşqçi: Marek Kopeçki

Azərbaycan: 1. Emin Kürdov (q, k), 7. Xəzər Ağalızadə, 8. Murad Quluzadə, 9. Ülvi Əliyev, 20. Tofiq Mikayılov, 12. Kamran Hacıyev (q), 19. Vladislav Reznov (q), 2. İlham Alıyev, 5. Eldar Zeynalov, 6. Mirzə Əmirov, 14. Emil Həsənzadə, 10. Fərid Abbasov, 17. Oktay Rüstəmli
Baş məşqçi: Vitali Borisov 

Qollar: David Drozd, 2:39, Adam Knobloç, 19:04, Radim Zaruba, 37:28
Vərəqə: Emil Həsənzadə, 35:58
Hakimlər: Radim Çep, Luboş Rygl, Lukaş Jurça
Çexiya. Zlin şəhəri

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
2
fanat.az

3Mənbələr