İyul ayının sonunda Sinqapuru tərk edən Türkiyənin ilk üzən təbii qaz emalı platforması Egey dənizindən Çanaqqala boğazına daxil olub. SİA bu barədə Türkiyə saytlarına istinad edir.
Enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar "X" sosial media hesabında üzən qaz platforması ilə bağlı paylaşım edib.
A. Bayraktardeyib:"Üzən platformamız Çanaqqalaya çatdı. 2026-cı ildə ''Sakarya'' qaz yatağında istifadəyə verilərək platforma gündəlik 10 milyon kubmetr təbii qaz emal edəcək. Platforma təkbaşına 4 milyon evin qaz ehtiyacını ödəyəcək".
Paylaşımdaplatformanın “Sakarya” qaz yatağındakı gündəlik istehsalı iki dəfə artıracağı deyilib.