Rusiyanın Kemerovo vilayətinin Taştagöl rayonunda güclü zəlzələ baş verib.
OXU24.COM xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Altay-Sayan bölməsi məlumat yayıb.
Seysmoloqların məlumatına görə, yeraltı təkanların maqnitudası 4,6, episentrdə isə intensivliyi 5,8 olub.