“Zirə” yeni transferlərin xidmətindən məhrum olub.
Sentyabrda “qartallar”la müqavilə bağlayan Ayron Qomislə Yusuf Laval zədə səbəbindən məşqlərdə iştirak edə bilmir.
Daja doğrusu, Ayron Bakıya gəldiyi ilk günlərdə çalışmalarda tər tökürdü. Lakin məşqlərin birində xəsarət alması bir neçə həftə kənarda qalması ilə nəticələnib.
“Neftçi”dən tanıdığımız Laval isə “Zirə”yə zədəli halda qoşulub və bu barədə baş məşqçi Rəşad Sadıqovun xəbəri olub.
“Neftçi”ylə görüşü kənardan izləyən Qomisin “Sumqayıt”a qarşı forma geyinməyəcəyi dəqiqdir. Fransalı yarımmüdafiəçinin sentyabrın 28-də “Kəpəz”lə qarşılaşmaya qədər hazır olacağı ehtimal olunur.
Laval isə azı bir ay oynamayacaq. Nigeriyalı vinger sıraya qayıtmaq üçün azı 4 həftəyə ehtiyac duyur. Bu, o deməkdir ki, Yusufu noyabrdan tez yaşıl meydanlarda görməyəcəyik.
Maraq üçün bildirək ki, “Zirə”də zədədən əziyyət çəkən Hacıağa Hacılı ilə İssa Cibrila bu həftədən etibarən kollektiv məşqlərdə iştirak edirlər.
HƏBİB / SPORTİNFO.AZ