"Bizim üçün bir çox imkanlar açan, eyni zamanda ciddi risklər yaradan müharibənin yeni mərhələsinə qədəm qoyduq. Hizbullah özünü küncə sıxılmış hiss edir”.
Bizim.Media xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yoav Qalant ölkənin təhlükəsizlik sisteminin rəhbərləri ilə görüşü zamanı bildirib.
Şimal sərhədində hadisələrin gələcək inkişafı üçün müxtəlif ssenariləri müzakirə edən Qalant qeyd edib ki, görüşdə əsas məqsəd evakuasiya edilmiş şimal sakinlərinin sağ-salamat evlərinə qayıtması olub.
“Hücum etməyə davam edəcəyik. girovların qaytarılması və HƏMAS-ın tam məğlubiyyəti üçün mümkün olan hər şeyi edəcəyik", - deyə Qalant qeyd edib.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta