Avtomobil bazarında ardıcıl 3 ay qiymət azalmalarından sonra yenidən artım qeydə alınıb.Bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzidən (CESD) məlumat verilib.
Bildirilib ki, elektriklə işləyən və hibrid avtomobillərinin qiymətlərində artımlar qeydə alınmaqdadır. Bu həmin avtomobillərə tələbin yüksəlməsi ilə bağlıdır və həmin avtomobillərin qiyməti 4.3 faiz yüksəlib.
Aİ-95 markalı benzindən istifadə edən avtomobillərə tələbin yenidən artması müşahidə olunub və bu avtomobillərin qiyməti 2.6 faiz yüksəlib.
www.anews.az