ABŞ-ın keçmiş birinci xanımı Mişel Obama mağazada ziyarətçilər üçün yeni içki təqdim edib.
Sfera.az bildirir ki, Mişel Obamanın çəkildiyi video internetdə yayılıb.
Şimali Kaliforniyada yerləşən “Costco” özünəxidmət mağazasının alıcıları ABŞ-ın keçmiş birinci xanımı ilə qarşılaşdıqda xoş sürprizlə üzləşiblər.
Viral olmuş videoda Amerikanın 44-cü prezidentinin həyat yoldaşı bir mağazada müştəriləri yeni “Plezi Fizz” içkisinə qonaq edir. 60 yaşlı Mişel məhsulun nəinki sağlam və kalorisiz olduğunu, həm də dadlı olduğunu bildirərək həvəslə bu məhsulu reklam edir.
Videoda alıcıların Mişelin ətrafına toplaşaraq həvəslə yeni içkini içdiyini, ciddi görünüşlü mühafizəçilərin isə yaxınlıqda dayandığını görmək olar.
“Costco”nun əməkdaşı jurnalistlərə bildirib ki, içkini şəbəkənin bütün mağazalarından almaq olar.
Qeyd edək ki, Mişel Obama qida və içkiləri daha sağlıqlı etmək üzrə ixtisaslaşan “Plezi Nutrition” brendinin həmtəsisçisidir. O, brendin investoru və tərəfdaşı olan aktrisa Kristen Bell ilə şərikdir. İndi Mişel artıq siyasi arenada diqqət mərkəzində deyil. O, dincəlir və həyatındakı təzə dəyişikliklərdən həzz alır.
Xanım
Sfera.az