Alp dağları ilə əhatə olunmuş Avstriyanın Zalsburq şəhəri 2024-2025-ci illərin qış turizm mövsümündə ziyarət üçün ən dəbli yer kimi tanınıb.
Qaynarinfo xəbər verir ki, əyləncə jurnalı "Time Out" bərə şirkəti DFDS tərəfindən son araşdırmaya istinad edərək, Avstriyanın dördüncü ən böyük şəhərini 2023-cü ilin eyni dövrü ilə müqayisədə bu il sosial şəbəkələrdə və axtarış sistemlərində 135% daha çox turist axtardığını yazıb.
Qarla örtülmüş mənzərələrlə yanaşı, UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil edilmiş Zalsburq turistləri gözəl barokko memarlığı, ləzzətli köhnə dəbli mətbəxi və bohem həyat tərzi, bir çox musiqi festivalları və muzeyləri ilə təəccübləndirə bilər.
Siyahıda ikinci yeri Norveçin Tremse şəhəri - Şimal Dairəsinə çox yaxın olan ən böyük şəhər tutub. İlk üçlüyü tamamlayan Avstriyanın dəbdəbəli paytaxtı Vyanaya bu il 71% maraq artıb.
Avropa üzrə ümumilikdə 229 şəhər təhlil edilib.
Avropanın ən dəbli 10 şəhəri:
1. Zalsburq. Avstriya
2. Tromso, Norveç
3. Vyana, Avstriya
4. Lanzarote, İspaniya
5. Krakov, Polşa
6. Qran Kanariya, İspaniya
7. Tenerife, İspaniya
8. Barselona, İspaniya
9. Nitsa, Fransa
10. Kopenhagen, Danimarka
Aydın