AZ

Salyanda 4 yaşlı uşağı əqrəb sancıb

Salyan rayonunda 4 yaşlı uşağı əqrəb sancıb.

"Report”un məlumatına görə, hadisə rayonun Yenikənd kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 2019-cu il təvəllüdlü Qəribli M.T. qızı əqrəb sancması diaqnozu ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Yaxınlarının dediyinə görə, uşaq həyətdə oynayarkən əqrəb barmağından sancıb.

Faktla bağlı araşdırma aparılır.

www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
16
anews.az

10Mənbələr