Salyan, 20 sentyabr Aydın Yavərzadə, AZƏRTAC
Salyan rayonunda azyaşlı qızı əqrəb sancıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə günorta saatlarında Yenikənd kəndində baş verib.
2019-cu il təvəllüdlü Qəribli Mələk Taleh qızını həyətdə oynayarkən barmağından əqrəb sancıb. Azyaşlı Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və lazimi tibbi yardım göstərilib.