“Atletiko”nun yarımmüdafiəçisi Konor Qallaher Madrid klubuna transferinin təhlükə altında olduğu vaxtdan danışıb.
Sportinfo.az AS nəşrinə istinadən xəbər verir ki, ingilis futbolçu bunu deyib:
“Atletiko” ilə “Çelsi” arasındakı müqavilədə olan problemlər səbəbindən Londona qayıtmazdan əvvəl baş məşqçi Dieqo Simeone ilə görüşdüm.
Simeone mənə belə dedi: “Biz sənin müqaviləni mütləq imzalayacağıq. Sadəcə, Madridə qayıdanda hazır olmaq lazımdır”.
Sonda “Atletiko” yarımmüdafiəçini təxminən 40 milyon avro təzminat qarşılığında “Çelsi”dən transfer edib.