Çempionlar Liqasının yeni formatda keçirilən əsas mərhələsində ilk turun matçlarına yekun vurulub.
ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, son oyun günündə də 6 qarşılaşma oynanılıb.
Günün maraqla gözlənilən görüşləri İtaliya və Fransada baş tutub. “Atalanta” İngiltərənin “Arsenal” komandası ilə qolsuz heç-heçə edib. “Monako” isə İspaniya “Barselona”sına doğma meydanda 2:1 hesabı ilə qalib gəlib.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi
I tur
“Srvena Zvezda” (Serbiya) – “Benfika” (Portuqaliya) - 1:2
“Feyenoord” (Niderland) – “Bayer” (Leverkuzen, Almaniya) - 0:4
“Atalanta” (İtaliya) – “Arsenal” (İngiltərə) - 0:0
“Atletiko” (İspaniya) – “Leyptsiq” (Almaniya) - 2:1
“Monako” (Fransa) – “Barselona” (İspaniya) - 2:1
“Brest” (Fransa) – “Şturm” (Avstriya) - 2:1
Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsində II tur oktyabrın 1-də start götürəcək.
Mənbə: AZƏRTAC