FİFA bu gün milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.
Sportinfo.az xəbər verir ki, Azərbaycan əvvəlki ayla müqayisədə mövqeyində geriləyib.
Fernandu Santuşun komandası 111-ci pillədən 113-cü yerə düşüb (210 komanda arasında).
Bəs, Azərbaycan millisi keçmiş SSRİ məkanı ölkələri arasında neçənci yerdədir?
Bu sıralamada da milli komandamızın durumunu ürəkaçan saymaq olmaz. 15 postsovet ölkəsi arasında Azərbaycan millisi 10-cu yeri tutur. Ən yaxşı göstərici isə Ukraynaya məxsusdur.
Keçmiş SSRİ-nin 15 ölkəsi arasında ölkələrin FİFA reytinqi:
24. Ukrayna (+1)
34. Rusiya (-1)
60. Özbəkistan (+1)
66. Gürcüstan (+4)
96. Ermənistan (+1)
97. Belarus (+2)
103. Tacikistan (dəyişiklik yoxdur)
106. Qırğızıstan (-4)
109. Qazaxıstan (dəyişiklik yoxdur)
113. Azərbaycan (-2)
122. Estoniya (+1)
137. Latviya (dəyişiklik yoxdur)
139. Litva (-4)
142. Türkmənistan (+2)
149. Moldova (+3)