AZ

ABŞ-ın tullantı sularında onurğa beynini iflic edən virus yayılır -SOS

Amerika Birləşmiş Ştatlarının kanalizasiya sularında onurğa beynini iflic edən kəskin dağınıq mielitin törədicisi olan D68 (EV-D68) enterovirusunun konsentrasiyası artır.

Xəbəri Amerikanın “NBC News” telekanalı yayıb.

“WaterSCAN” qeyri-kommersiya monitorinq şəbəkəsinin mütəxəssisləri ölkə daxilində tullantı sularında EV-D68 nuklein turşularını aşkar etdiklərini və səviyyələrin durmadan yüksəldiyini açıqlayıblar.

ABŞ-da Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin məlumatlarına görə, 2024-cü ildə ölkədə D68 virusuna artıq 13 yoluxma halı müəyyən edilib.

Televiziya kanalı izah edir ki, bu virus sinir sisteminə təsir edir və ən çox gənclər və uşaqlar xəstəliyə həssasdırlar.

Materialda deyilir ki, D68 ilə bağlı ciddi narahatlıqlar hələ 2014-cü ildən başlayıb. Ölkədə ilk dəfə uşaqlar arasında kəskin mielit hallarının artdığı zaman - 120 azyaşlıya diaqnoz qoyulmuşdu. Lakin hazırda virusun yaratdığı xəstəliyin müalicəsi yoxdur.

Nubar Süleymanova, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
ikisahil.az

1Mənbələr