"Abşeron" basketbol klubu heyətini ABŞ-li oyunçu ilə gücləndirib.
Sportinfo.az xəbər verir ki, oyun qurucusu mövqeyində çıxış edən Sedrik Consonla mövsümün sonuna qədər müqavilə imzalanıb.
Basketbolçu son olaraq ölkəsində "St-Xavier" komandasının şərəfini qoruyub.
"Abşeron" buna qədər Lari Robinson və Nəcəf Babayevlə 1 illik müqavilə imzalayıb.