AZ

Volodimir Zelenski Ağ evdə Bayden və Harrislə görüşəcək

Volodimir

Vaşinqton, 20 sentyabr, AZƏRTAC

Ukrayna Prezidenti Volodimir Zelenski sentyabrın 26-da ABŞ-a səfər edəcək.

AZƏRTAC-ın məlumatına görə, bu barədə Ağ evin sözçüsü Karin Jan-Pyer məlumat verib. Onun sözlərinə görə, Ağ evdə Prezident Co Bayden və vitse-prezident, Demokratlar Partiyasının prezidentliyə namizədi Kamala Harrislə ayrılıqda görüş keçiriləcək. Görüşlər zamanı Rusiya ilə müharibənin indiki vəziyyəti və ABŞ-ın Ukraynaya davam edən dəstəyi müzakirə olunacaq.

“Prezident və vitse-prezident Ukrayna bu müharibədə qalib gələnə qədər onun yanında olmağa güclü şəkildə davam edəcəklərini vurğulayacaqlar”,- deyə Ağ ev sözçüsü bildirib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
4
azertag.az

5Mənbələr