15 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan komandası Belarusun paytaxtı Minskdə təşkil olunan UEFA İnkişaf Turnirində ikinci oyununu keçirib.
Sportinfo.az AFFA-ya istinadən xəbər verir ki, millimiz Belarus Futbol Federasiyasının Təlim-Məşq Mərkəzində Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Görüş Özbəkistan seçməsinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində qolu 76-cı dəqiqədə Könül Hüseynova vurub.
Azərbaycan komandası turnir çərçivəsində son oyununu sentyabrın 22-də Rusiya yığmasına qarşı keçirəcək. Millimiz ilk oyununda Belarusa 1:8 uduzmuşdu.