AZ

Kentukki ştatının hakimi otağında güllələnib

Kentukki ştatının Uaytsburq şəhərində baş verən atışmada rayonun hakimi öldürülüb.

APA xəbər verir ki, bu barədə CBS televiziyası şəhərin daxil olduğu Letçer dairə məhkəməsinə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, hakim öz kabinetində güllələnib.

Daha sonra insident Kentukki qubernatoru Endi Bəşirin Facebook səhifəsindəki mesajında da ​​təsdiqlənib.

Hakimin ölümü ilə bağlı istintaqın ilkin mərhələdə olması səbəbilə təfərrüatlar açıqlanmayıb.

Seçilən
44
2
apa.az

3Mənbələr