AZ

Çin ABŞ-ın Filippində ortamənzilli ballistik raketlər saxlamaısna qarşıdır

Çin ABŞ-ın Filippində ortamənzilli ballistik raketlər saxlamaısna qarşıdır

Çin ABŞ-ın Filippində ortamənzilli ballistik raketlər saxlamasına qarşıdır və Birləşmiş Ştatları geosiyasi qarşıdurmanın kəskinləşməsinə son qoymağa çağırıb.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Cien rəsmi Pekinin tələblərinə baxmayaraq, ABŞ-ın Filippindəki ortamənzilli raketləri dərhal geri çəkmək planının olmaması barədə media xəbərlərinə cavab olaraq bu bəyanatı səsləndirib.

“Çin ABŞ-ın Filippində ortamənzilli ballistik raketlər yerləşdirməsi ilə razılaşmadığını dəfələrlə bildirib”, - deyən Çin XİN rəsmisi əlavə edib ki, Vaşinqtonun bu fəaliyyəti regionun milli təhlükəsizliyini təhdid edir, bölgə ölkələrinin narahatlığını artıran geosiyasi qarşıdurma səviyyəsində kəskinləşdirir.

Qeyd edək ki, bəzi media orqanları məsələ ilə əlaqədar şəxslərə istinadla ABŞ-ın Filippində yerləşdirdiyi “Typhon” raket sistemlərini ölkədən çıxarmaq niyyətində olmamasına, əksinə regional münaqişədə istifadə imkanlarını yoxladığına dair məqalələr yayıb. Cari ilin əvvəlində birgə təlimlər üçün Filippinə gətirilmiş, “SM-6” və “Tomahawks” raketləri ilə təchiz olunmuş “Typhon” sistemi 1600 kilometr məsafədə hədəfləri vurmaq imkanına malikdir. Çin və Rusiya raket sisteminin Hind-Sakit okean regionunda yerləşdirilməsinə etiraz edib və Vaşinqtonu silah yarışını qızışdırmaqda ittiham edib.

Ekspertlər Filippini ABŞ-ın Asiya strategiyasının vacib hissəsi hesab edir. “Typhon” raket sistemlərinin Filippində yerləşdirilməsi Manila ilə Pekin arasında Cənubi Çin dənizindəki mübahisələrin alovlanması dövrünə təsadüf edib.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Mənbə: AZƏRTAC

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
2
ilk.az

3Mənbələr