AZ

Türklər "Benfika"ya qələbə qazandırdılar

UEFA Çempionlar Liqasında Liqa mərhələsinin ilk turunun oyunları keçirilir.

Bizim.Media xəbər verir ki, bu gün "Benfika" səfərdə "Srvena "Zvezda"nı 2:1 hesabı ilə məğlub edib.

Portuqaliya klubunun hər iki qolunu Türkiyə millisinin üzvləri vurub. Oyunda hesabı Kerem Aktürkoğlu açıb. Orkun Kökçü isə qonaqların ikinci qolunun müəllifi olub.

Qeyd edək ki, hər iki oyunçu bu yay "Benfika"ya keçib.

"Srvena Zvezda" (Serbiya) - "Benfika" (Portuqaliya) - 1:2

Qollar: Kerem Aktürkoğlu, 9 (0:1), Orkun Kökcü, 29 (0:2), Milson, 86 (1:2)

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
bizim.media

1Mənbələr