Çeçenistan rəhbəri Ramazan Kadırov "Tesla"nın top meneceri İlon Maskın ona verilən "Cybertruck"("Kibertrak") avtomobilini distansion - uzaqdan söndürdüyünü iddia edir və bu hərəkəti çirkin adlandırır.
Moderator.az İsrail mediasına istinadla xəbər verir ki, bunu yazan Kadırov bu haqda telegram kanalında amerikalı milyarderdən şikayətlənib.
"Yəqin ki, onun hədiyyəsini xatırlayırsınız - bizim pulemyotla təchiz etdiyimiz və Ukraynadakı Xüsusi Hərbi Əməliyyat zonasına göndərdiyimiz bir "Cybertruck". Avtomobil döyüş tapşırıqlarının öhdəsindən yaxşı gəlirdi. Manevr qabiliyyətini və ekipajın yaxşı qorunmasını nümayiş etdirirdi. Amma Mask bu yaxınlarda kiber yük maşınını uzaqdan söndürdü. Bu, kişilik deyil. "Dəmir atı" başqa maşınlarla dartmalı olublar. Belə oldu, İlon? Məgər belə iş görürlər? ”, - deyə Çeçenistan rəhbəri yazıb.
Ramzan Kadırov Maskın avqustun ortalarında ona "Cybertruck" verdiyini açıqlamışdı və özünün telegram kanalında "Tesla" avtomobilinə bənzər bir avtomobil sürdüyü göstərilən video yayımlamışdı.
İlon Mask isə Kadırova heç nə vermədiyini iddia edib. "Politico" Maskın sözlərindən sitat gətirib: “Siz, doğrudan, o qədər axmaqsınız ki, mənim rus generalına "Cybertruck" verdiyimə inanırsınız? Ənənəvi medianın yalanını nümayiş etdirən daha bir nümunə”, - deyə “Politico” Maskın sözlərindən sitat gətirib.
S.Laçın