İsrail Livanın cənubuna hücumlarını gücləndirib.
Doğru.az xəbər verir ki, bu barədə TASS “Al Hadath” telekanalına istinadən yazır.
Qeyd olunur ki, 20 dəqiqə ərzində 70-ə yaxın zərbə endirilib.
Əl-Cəzirə əlavə edir ki, partlayışlar nəticəsində azı 4 nəfər yaralanıb.
Daha əvvəl bildirilmişdi ki, İsrail Müdafiə Qüvvələri Livanın cənubunda “Hizbullah”ın istifadəyə hazır 30-a yaxın buraxılış qurğusu və infrastruktur obyektlərinə hücum edib.
Pentaqon bildirib ki, Birləşmiş Ştatlar İsrailin Livan və Qəzzada həyata keçirdiyi hücum əməliyyatlarını dəstəkləmir.
DOĞRU.AZ