AZ

Argentina lideri oğurluqda ittiham olunur.

Venesuela məhkəməsi Argentina Prezidenti Xavyer Mileyin həbsinə order verib.

"İki sahil" TASS-a istinadən xəbər verir ki, order Buenos-Ayresdə olan Venesuelanın Emtrasur təyyarəsinin ABŞ tərəfindən müsadirə edilməsi ilə bağlıdır. Venesuela Baş Prokurorunun sözlərinə görə, Argentina lideri xüsusilə ağır oğurluqda ittiham olunur.

Argentina Xarici İşlər Nazirliyi isə təyyarənin ABŞ-yə təhvil verilməsi ilə bağlı qərarın Argentina məhkəməsi tərəfindən verildiyini nəzərə alaraq, Miley ilə bağlı istintaqı əsassız adlandırıb.

Seçilən
69
6
ikisahil.az

10Mənbələr