Bakının Binəqədi rayonunda obyektdə yanğın baş verib.
Xezerxeber.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən obyektdə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən genişlənərək daha böyük sahəyə yayılmasına, o cümlədən bitişik obyektlərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində ümumi sahəsi 900 kvadratmetr olan üçmərtəbəli mansard tipli obyektin 3-cü mərtəbəsində yerləşən restoranın yanar konstruksiyaları və dam örtüyü 165 kvadratmetr sahədə yanıb. Restoranın qalan hissəsi, obyektin 1 və 2-ci mərtəbəsində yerləşən mebel salonu, o cümlədən yaxınlıqda yerləşən tikililər yanğından mühafizə olunub.