AZ

Gələn il hansı sahələrdə qiymət artımı olacaq? – MÜHÜM AÇIQLAMA

2025-ci ildə Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqının 1080 manata çatacağı proqnozlaşdırılır.

Bu barədə Maliyyə Nazirliyinin hesabatında bildirilib.

Vətəndaşları düşündürən məqamlardan biri də budur ki, hazırda 1002 manat olan orta aylıq nominal əməkhaqqının 78 manat artması ərzaq, nəqliyyat və kommunal xidmətlərinin qiymətlərinə necə təsir edəcək?

2025-ci ildə qiymətlərdə artım gözlənilirmi?

Məsələylə bağlı Bizim.Media-ya açıqlama verən iqtisadçı ekspert Rəşad Həsənov bildirib ki, 2025-ci ildə qiymətlərdə artım gözlənilir:

“Əhalinin gəlirinin artması inflyasiyada özünü göstərir. Belə ki qiymətlərdə müəyyən artımlar olur. İqtisadiyyatın strukturu, liberallıq dərəcəsi, gözləntilərin təsiri ilə bu artım yüksək və ya aşağı səviyyədə ola bilər. İstənilən halda 2025-ci ildə qiymətlərdə artım olacaq. Bu artım 2,5 % ətrafında proqnozlaşdırılır”.

İqtisadçı fikirlərinə əlavə edib ki, normal iqtisadi mühitdə inflyasiya əhalinin gəlirindən daha aşağı səviyyədə olur. Bu, faktiki olaraq vətəndaşın alıcılığını, rifahını yüksəldir.

Gəlirin artması kommunal xərclərə necə təsir edəcək?

Rəşad Həsənov əlavə edib ki, bu il nəqliyyat, internet xidmətlərinin qiymətləri artdı. Əhalinin orta aylıq əməkhaqqı artırsa, inflyasiyaya təsiri olursa,təbii ki, bu kommunal xərclərin təşkili sahəsində də özünü göstərəcək.

Qeyd edək ki, ölkədə orta maaşın 2026-cı ildə 1156 manata, 2027-ci ildə 1238 manata, 2028-ci ildə isə 1326 manata çatacağı gözlənilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
1
turkustan.az

2Mənbələr