AZ

AGENTLİKDƏ ŞÜBHƏLİ MALİYYƏ OYUNU: Sədr işçisinin rəhbər olduğu QHT-yə 200 mini hansı əsasla ayırıb?

Dövlət Turizm Agentliyi “Turizm Könüllüləri” İctimai Birliyi (VÖEN – 1007934901) ilə satınalma müqaviləsi imzalayıb.

“Turizm Könüllüləri” İctimai Birliyi Turizm Agentliyinin sifarişi əsasında COP29 ilə bağlı turizm könüllülərinin hazırlanması və təlimatlandırılması işləri həyata keçirəcək və qarşılığında 199 min 196 manat alacaq.

Satınalmada diqqət çəkən məqamlardan biri odur ki, bu müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.

Eyni zamanda Qanunun 49-cu maddəsində qeyd olunur ki, bir mənbədən satınalma metodu aşağıdakı hallarda tətbiq olunur:

– Satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda;

– Satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda;

– Satınalma predmetinə təcili tələbat yarandıqda;

– Təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda bilavasitə insanların həyat və sağlamlığına vurulan ziyanın qarşısının təcili alınması məqsədilə;

– Satınalma predmeti kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini təmin edən tələbata aid olduqda.

Başqa bir müəmmalı məqam isə odur ki, Agentliyin satınalma müqaviləsi imzaladığı “Turizm Könüllüləri” İctimai Birliyinin təsisçisi Dövlət Turizm Agentliyinin turizm siyasəti və strategiyası şöbəsinin müdiri Məhəmməd Muradovdur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
7
mia.az

8Mənbələr