AZ

Gürcüstandan Azərbaycana pul köçürmələri 14% artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Gürcüstandan fiziki şəxslər tərəfindən cari ilin yanvar-iyun aylarında Azərbaycana 17 milyon 387 min dollar pul baratları göndərilib. 

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 13.97% (2 milyon 132 min dollar) çoxdur. Ötən ilin eyni dövründə bu məbləğ 15 milyon 255 min dollara bərabər olub. 

Qeyd edək ki, 6 ayda Gürcüstandan Azərbaycana fiziki şəxslər tərəfindən göndərilən pul baratlarının ümumi daxilolmalarda xüsusi çəkisi 3.1% təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
3
banco.az

4Mənbələr