AZ

Şəhid analarına qarşı dələduzluqda təqsirləndirilən təşkilat rəhbəri MƏHKƏMƏ QARŞISINDA

“Yeni İctimai Nəzarət Şurası”nın sədri Ramil Şükürov, həmin Şuranın Qazilər və veteranlarla iş üzrə sədr müavini Koroğlu İbrahimov, tanışı Diləfruz Mustafayeva və Elçin Aslanlının cinayət işi üzrə məhkəmin növbəti prosesi başlayıb.

Bizim.Media xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilib.

İclasda Ramil Şükürov vəsatət verərək vəkilindən imtina etmək istədiyini bildirib. Buna səbəb kimi, təqsirləndirilən şəxs hüquqlarının layiqincə müdafiə edilməməsini göstərib. O, dövlət hesabına vəkil istəyib. 

Onun vəkili Elmira İsmayılova da vəsatətin təmin edilməsini istəyib və şəxsin müdafiəsindən imtina edib. O, Ramil Şükürovu layiqincə müdafiə etdiyini bildirərək bunun məhkəmə prosesini uzatmaq üçün bəhanə olduğunu iddia edib.

Bu zaman təqsirləndirilən şəxslə onun vəkili arasında mübahisə yaranıb.
 

Daha sonra vəsatətin təmin edilməsinə proses iştirakçıları da etiraz etmədiyini bildirib. Məhkəmə keçirdiyi müşavirədən sonra yazılı vəsatəti təmin edilməsinə qərar verib və vəkil Elmira İsmayılovanın prosesdə iştirakına xitam verilib. Ramil Şükürovun dövlət hesabına yeni müdafiəçi ilə təmin edilməsi qərara alınıb. 


Vəkillər Kollegiyası tərəfindən müəyyən ediləcək yeni müdafiəçinin işlə bağlı müvafiq sənədlərlə tanış olması məqsədi ilə proses təxirə salınıb.

Növbəti iclas 4 oktyabr tarixində keçiriləcək.

Qeyd edək ki, təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.3.1-ci (dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Zərərçəkmişlərdən Sevda Şıxıyeva və Sevda Verdiyeva şəhid anasıdır. Sevda Şıxıyevanın oğlu Orxan Şıxıyev və Sevda Verdiyevanın oğlu Röyal Verdiyev Vətən müharibəsi zamanı şəhid olublar. 

Selcan Zaurqızı, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
1
bizim.media

3Mənbələr