AZ

Aİ daşqından zərər çəkmiş ölkələrə 10 milyard avro ayıracaq

“Avropa İttifaqı (Aİ) daşqınlardan zərər çəkmiş Mərkəzi Avropa ölkələrində infrastrukturun bərpası üçün 10 milyard avro ayıracaq".

Missiya.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen məlumat yayıb.

"Birlik Fondundan mümkün qədər tez bir zamanda daşqınlardan zərər çəkmiş ölkələr üçün 10 milyard avro ayrılacaq", - deyə siyasətçi vurğulayıb.

Qeyd edək ki, daşqınlardan ən çox zərər çəkən ölkələr Avstriya, Macarıstan, Polşa, Rumıniya və Slovakiyadır.

Xatırladaq ki, təbii fəlakət nəticəsində 22 nəfər həyatını itirib.

Daşqın HəsənovMissiya.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
4
missiya.az

6Mənbələr