AZ

“Bu il Orta dəhlizlə Çindən 300 blok qatarı daşınacaq”- Rövşən Rüstəmov

"Artıq Çindən göndərilən yüklərin Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə nəql edilməsinə dair razılıq əldə edilib".

Avtosfer.az xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmov "Avrasiya Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyasının qurulmasına dair dəmiryol administrasiyaları rəhbərlərinin məşvərət toplantısında deyib.

O, bu ilin sonuna qədər Çindən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu vasitəsilə 300-ə yaxın konteyner blok qatarının göndərilməsinin planlaşdırıldığını bildirib.

Rövşən Rüstəmov onu da qeyd edib ki, orta hesabla, Orta dəhlizlə blok qatarlar Çindən Azərbaycana 8-10 gün ərzində, Gürcüstanın limanlarına isə 12 gün ərzində çatdırılır. Qeyd olunan göstərici təxminən 30 min TEU ekvivalentinə və ya 420 min tonadək yük həcminə bərabərdir.
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
9
avtosfer.az

10Mənbələr